"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri: “ərazi məsələlərimizin bu günədək dəqiqləşdirilməməsi nəticə etibaryilə bələdiyyəmizin ümumi büdcə gəlirlərinə ciddi şəkildə təsir edir”

--2022-11-04 / 19:16

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyinin sədri, Belediyye.info saytının təsisçisi Vüqar Tofiqlinin iştirakıyla Səbail rayonu Badamdar qəsəbə bələdiyyəsində görüş keçirilmişdir.

Görüşdə Badamdar qəsəbə bələdiyyəsinin sədri Təzəxan Məmmədov rəhbərlik etdiyi bələdiyyənin əldə etdiyi nailiyyətlərə, o cümlədən üzləşdiyi problemlərə toxunub. Sədrin sözlərinə görə, hazırda bələdiyyə ərazisində olan mənzillərin 70 faizdən çox hissəsinin hüquqi statusu bəlli deyil. Sənədi məlum olan əmlakın isə yalnız 75 faizədək hissəsi yerli vergiləri ödəyir. Bununla yanaşı xəritələrin bu günədək təqdim edilməməsi, qonşu rayon bələdiyyəsiylə Hazırda bələdiyyə üzvlərinin və qulluqçularının əhali arasında ciddi maarifləndirmə işlərinin aparması nəticəsində büdcə gəlirlərini tənzimləyə bilirik. Bir sıra layihələrimizin icrasına Səbail RiH-in operativ şəkildə dəstək verməsi fəaliyyətimizə stimul verir.

“Bu gün Badamdar qəsəbə bələdiyyəsinin hər hansı bir quruma borcu yoxdur. Üstəlik 2019-cu illə müqayisə də həm büdcə gəlirlərimizi 100 faizədək artırmaqla yanaşı, sakinlərinmizin üzləşdiyi problemlərin həllini sürətləndirmişik“- bu fikirləri də Badamdar qəsəbə bələdiyyəsinin sədri Təzəxan Məmmədov bildirib.

Görüşdə bələdiyyənin sədr müavinləri Xədicə Həsənova, Rauf Mayılov və bələdiyyənin baş mühasibi iradə Kərimova iştirak edib.

Görüşdə qarşılıqlı maraq doğuran suallar cavablandırılmış, fəaliyyətin Bələdiyyələrlə iş mərkəzinin tövsiyələrinə uyğun qurulması tövsiyə edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR